Avropa (Yupiterin peyki)

Avropa
Avropa təbii rəngləri ilə.
Kəşfi
Kəşf edənQalileo Qaliley
Simon Marius
Kəşf yeriİtaliya İtaliya, Padua Universiteti
Kəşf tarixi8 yanvar 1610[1]
Təyinlər
Alternativ adlar
Yupiter II
Orbital xarakteristikası
Periapsidi664 862 km
Apoapsidi676 938 km
Böyük yarımoxu
671 100 km
Orbitinin ekssentrisiteti0,009 [2]
Siderik fırlanma dövrü
3,551 Yer günü
Orbital sürəti
13,740 km/saat
ƏyilməsiYupiterin ekvatoruna 0,470° dərəcə
Nəyin peykidirYupiter
Özünə xas ekssentrisitet
0,009
Fiziki xarakteristikaları
Orta radiusu
1 560,8±0,5 km
Böyük dairəsinin çevrəsi9807±3 km
Səthinin sahəsi
3,09×107 km2
Həcmi1,593×1010 km3
Kütləsi(4,799844±0,000013)×1022 kg[3]
Orta sıxlığı
3,013±0,005 q/sm3
1,314 m/san2
İkinci kosmik sürəti
2,026 km/san
Albedo0,67 ± 0,03
Temperaturmin 50 K orta 102 K (−171.15°C) max 125 K[4]
5,29
0.1 µPa (10−12 bar)[5]
Avropa'nın Ganymedeİo ilə Laplace rezonansı

Avropa, Yupiter IIYupiter planetinin Qaliley peykləri arasındaki ən kiçiyi. Günəş sisteminin ən böyük altıncı təbii peyki. Avropa 1610-cu ildə Qalileo Qaliley tərəfindən kəşf edilmişdir. Yunan mifologiyasındakı ekvivalenti Zevs olan Roma tanrısı Yupiter tanrısının məşuqəsi Europa şərəfinə adlandırılmışdır. Aydan bir qədər kiçik olan peyk əsasən silikat daşdan, səthdə su-buz qarışıq qabıqdan və böyük ehtimalla dəmir-nikel nüvədən ibarətdir. Çoxu oksigendən ibarət seyrək atmosferə sahibdir. Avropanın səthi çat və cızıqlarla örtülmüşdür. Kosmosdaki əksər qatı planetlərin əksinə kraterleri çox azdır. Günəş sistemində bilinən obyektlər içərisində ən hamar səthə sahib olan kosmik obyektdir.[6]

Aparıcı bir nəzəriyyəyə görə Yupiterin nəhəng cazibə qüvvəsi altında Avropa dövri deformasiyaya uğrayır. Günəşdən çox uzaq olmağına baxmayaraq bu proses nəticəsində yaranan istilik ilə Avropanın okeanı maye halda qalır. Bu qüvvə eyni zamanda Yer kürəsinin tektonik hərəkətlərinə bənzər şəkildə Avropanın buz kütlələrini yerindən oynadaraq həm səthdəki quruluşları, çatları əmələ gətirir, həm də buz layından kimyəvi maddələri qoparıb dərindən okean sularına qarışdırır.[7]

  1. "Blue, Jennifer (9 November 2009). "Planet and Satellite Names and Discoverers". USGS". 17 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 January 2015.
  2. ""Overview of Europa Facts". NASA. Retrieved 27 December 2007". 26 March 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 January 2015.
  3. "Planetary Satellite Physical Parameters". 2010-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-30.
  4. McFadden, Lucy-Ann; Weissman, Paul; and Johnson, Torrence (2007). The Encyclopedia of the Solar System. Elsevier. p. 432. ISBN 0-12-226805-9.
  5. McGrath (2009). "Atmosphere of Europa". In Pappalardo, Robert T.; McKinnon, William B.; and Khurana, Krishan K. Europa. University of Arizona Press. ISBN 0-8165-2844-6.
  6. "Arxivlənmiş surət". 2017-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-11.
  7. "Arxivlənmiş surət". 2019-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-12.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne